FIFA prezidentliyinə kimlər namizəd oldu? - SIYAHI

FIFA prezidentliyinə kimlər namizəd oldu? - SIYAHI

Fevralın 26-da keçiriləcək FIFA-nın prezidenti seçkilərinə qatılacaq namizədlər rəsmən açıqlanıb. Fanat.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri olmağa 5 iddiaçı var.

FIFA-nın rəsmi internet saytının açıqlamasında bildirilir ki, Sürixdə keçiriləcək seçkidə İordaniya şahzadəsi Əli ilb əl Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Salman ibn İbrahim əl Xəlifə, UEFA-nın baş katibi Gianni İnfantino, CAR-dan olan iş adamı, siyasətçi Tokyo Sesvale və FIFA-nın keçmiş baş katibi, fransız diplomat Jerome Çampagne prezidentlik mübarizə aparacaq.

UEFA-nın prezidenti Mişel Platini də FIFA prezidentliyinə namizəd olmuşdu. Lakin Zepp Blatter kimi onun da namizədliyinə qadağa qoyulub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər