FIFA prezidentliyinə namizədlərin sayı açıqlanıb. Fanat.az ali futbol qurumuna istinadən хəbər verir ki, prezidentlik uğrunda 7 namizəd mübarizəyə qoşulub.
FIFA-nın rəhbəri seçilmək üçün UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Gianni İnfantino, İordaniya şahzadəsi Ali bin el-Huseyn, Liviya Futbol Federasiyasının prezidenti Musa Biliti, FIFA-nın baş katibinin sabiq köməkçisi Jerome Çampagne, CAR-dan olan iş adamı Tokyo Sexvale və və Asiya Futbol Konfederasiyasının prezidenti Seyх Salman bin Ibrahim el-Xalife mübarizə aparacaq.
Açıqlamada bildirilir ki, Mişel Platini cəzalı ulduğu üçün namizədliyi davam etməyəcək. Seçkidən əvvəl cəzası başa çatacağı halda bu barədə FIFA qərar verəcək.
Qeyd edək ki, FIFA-nın yeni prezidenti gələn ilin 26 fevralında İsveçrənin Süriх şəhərində seçiləcək.
Fanat.az