Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) seçki komissiyasının fevralın 9-da keçirilən yığıncağında mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğu rəsmən elan edilib.
Fanat.az xəbər verir ki, federasiyanın prezidenti vəzifəsini tutmaq üçün Hollandiya Futbol Federasiyasının prezidenti Maykl van Praaqın, "Real"ın keçmiş ulduzu və “Qızıl top”un sahibi portuqaliyalı Luiş Fiqunun, FIFA-nın keçmiş vitse-prezidentlərindən olan, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və futbol aləmində yaxşı tanınan Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.
Fanat.az