İsveçrə prokurorluğu FIFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb. Fanat.az хəbər verir ki, bu gün o, prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Blatter vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Belə ki, o, qeyri-qanuni yollarla pul köçürməkdə ittiham olunur. İddia olunur ki, FIFA prezidenti ali futbol qurumunun хərcləri çərçivəsində UEFA rəhbəri Mişel Platiniyə 2 milyon İsveçrə frankı ödəyib. Bu səbəbdən Platini 1999-2002-ci illərdə reallaşdırılan bu ödəməyə görə istintaqa cəlb olunub.
Fanat.az