FİFA prezidenti Zepp Blatter gözlənilməz açıqlama verib. Fanat.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri 2022-ci ildə keçiriləcək Dünya çempionatının Qətərə həvalə edilməsinin yalnış addım olduğunu bildirib:
"İndi deyə bilərəm ki, DÇ-2022-ni Qətərə həvalə etmək yalnış addım ola bilər. Hər şeyi incələdikdən sonra Qətərdə yayın ortasında turnir keçirməyin məntiqsiz addım olduğunu anladım. Buna görə də FİFA-nın idarə heyətinə turnirin yayda keçirilməməsini deyirəm".
Fanat.az