FİFA-nın prezidenti Zepp Blatter bütün dünyada gülüş hədəfinə çevirilib. Fanat.az xəbər verir ki, buna səbəb onun "Twitter"də etdiyi səhv olub.
Belə ki, Blatter "Twitter" səhifəsində DÇ-2014-ə vəsiqə qazanan komandaları təbrik edib: "Artıq mundialda mübarizə aparacaq 22 komandə bəllidi. Hamısını təbrik edirəm".
Amma dünya çempionatına hələlik 22 yox, 21 komanda vəsiqə qazanıb. FİFA prezidentinin belə xətaya yol verməsi dünyada gülüşlə qarşılanıb.
Qeyd edək ki, qalan 11 vəsiqənin 5-i Afrikanın, 4-ü Avropanın, 2-si isə qitələrarası "play-off" matçlarının payına düşür.
Fanat.az