FIFA Canni İnfantino rüşvət almaqda ittiham olunan sabiq qurum rəsmilərinin aldıqları pulun geri qaytarılmasını istəyir. Fanat.az xəbər verir ki, ali futbol qurumunun yeni rəhbəri bu barədə ABŞ hökumətinə göndərdiyi 22 səhifəlik hesabatda qeyd edib.
"Günahı sübut olunmuş sabiq FIFA müttəhimlər FIFA-dakı vəzifələrindən süi-istifadə edərək futbola ciddi və qalıcı zərər vurub. Onların mənimsədikləri pul beynəlxalq futbola aiddi. Həmin pullar futbolun inkişafı və reklamı üçün istifadə edilməlidi. Beynəlxalq futbol təşktlatı olan FIFA bu pulları geri istəyir və nə qədər uzun sürərsə sürsün, bunları geri almaqda qərarlıyıq" deyə FIFA-dan İnfantinonun tələbi ilə bağlı verilən açıqlamada bildirilir.
"Bu insanlar təkcə FIFA-dan deyil, FIFA-nın proqramlarından istifadə edən futbolçular, məşqçilər və azarkeşlərin də pullarını qəsb edib" deyə ali futbol qurumunun rəhbəri daha sonra qeyd edib: "Rüşvət üçün verilən pullarla malikanə və hovuz əvəzinə, futbol meydanı inşaa etməyə, futbol avadanlıqları almağa sərf olunmalı idi. Brilyant və maşın almaq əvəzinə, gənc futbolçu və məşqçilərin inkişafına xərclənməli idi".
İnfantino bu pulların geri qaytarılacağı halda futbolun inkişafına xərclənəcəyini bildirib.
FIFA prezidentinin ABŞ-a göndərdiyi 22 səhifəlik sənəddə sabiq qurum rəsmiləri Cek Uorner, Daryan Uorner və Çak Bleyzer də daxil olmaqla 41 şəxsə indiyədək maaş, mükafat, uçuş və s. xərclər olaraq 28,2 milyon dollar xərcləndiyi bildirilir. Həmçinin 2010-cu ildə dünya çempionatına ev sahibliyi hüququnun CAR-a verilməsi vaxtı FIFA rəsmilərinin səs satın almaq məqsədi ilə 10 milyon dollar rüşvət aldığı qeyd edilir.
FIFA-nın ABŞ-dan tələb etdiyi maddi itkinin 190 milyon dollara yaxın olduğu tələb edilir.
Fanat.az