FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş Fransa – Belçika oyununa stadiondan baxmamasının səbəbi məlum olub.
Fanat.Az xəbər verir ki, səbəb ali futbol qurumunun başqanının dörd qızından ən kiçiyinin xəstəxanaya yerləşdirilməsidi. Belə ki, kəskin ağrılarla Sankt-Peterburqdakı xəstəxanalardan birinə götürülən 7 yaşlı uşaq əməliyyat edilib. Hazırda appendisit əməliyyatı uğurla başa çatan uşağın sağlıq durumu qaydasındadı.
Fanat.Az