Bu gün, martın 16-da Beynəlxalq Futbol Federasiyasının (FİFA) növbəti konqresi baş tutub.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FİFA prezidenti postuna səsvermə olub.
Canni İnfantino FİFA-nın rəhbəri vəzifəsinə təsdiq olunub. Belə ki, o, son seçkidə yeganə namizəd olub. İnfantino 2027-ci ilə qədər bu postda qalacaq.
52 yaşlı funksioner 2016-cı ilin fevralından, korrupsiya qalmaqalından sonra istefa verən Yozef Blatterin istefasından sonra federasiyaya rəhbərlik edir. O, 2019-cu ilin yayında ikinci müddətə prezident seçilib.
Mirağa