Avropanın nəhəng futbol klublarının Superliqa yaratmaq ideyasına FİFA başqanı Canni İnfantino münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ali futbol qurumunun prezidenti FİFA bayrağı altında keçirilməyəcək yarışa qatılmaq fikrinə düşənləri hədələyib:
"Superliqa yaransa, orda oynayan futbolçular beynəlxalq matçlardan kənarlaşdırılacaq. Dünya və Avropa çempionatlarını nəzərdə tuturam. Ya bizimləsiz, ya da gedin”.
"Köhnə qitə”nin top - klubları milli çempionatlar və avrokuboklarda top qovmağa son verərək, yeni liqa formalaşdırmağa can atır. FİFA-nın "kürkünə birə salan” 16 komanda arasında PSJ, "Barselona”, "Real”, "Mançester Yunayted”, "Arsenal” və başqa nəhənglər də var.
Fanat.Az