FIFA “ofsayd” qaydasını dəyişir

FIFA “ofsayd” qaydasını dəyişir
FİFA futbolda oyundankənar vəziyyət qaydasında dəyişikliklər edə bilər.
Fanat.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. 
 
Xəbərə görə, yeni qayda qəbul edilərsə, oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olduğu halda ofsayd qeydə alınacaq.
 
Qeyd edək ki, FİFA dəyişikliyə qərar verəcəyi təqdirdə isə futbol qaudalarına cavabdeh olan Beynəlxaql Futbol Assosiasiyaları Şurasına (İFAB) müraciət etməlidir. İFAB isə isə yeni qaydaları sınaqdan keçirəcək. Nəticə uğurlu olarsa, bu, oyun qaydalarına daxil ediləcək.

Xatırladaq ki, ofsaydın müəyyənləşdirilməsi üçün qaydada sonuncu dəfə 1990-cı ildə dəyişiklik edilib. Həmin vaxtadək oyunçunun rəqiblə eyni xətdə olması qayda pozuntusu sayılıb.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər