FIFA Nuru Əliyevin komandasını xalsız qoydu

FIFA Nuru Əliyevin komandasını xalsız qoydu
FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. 
Fanat.Az xəbər verir ki, “Rəvan” klubu ilə futbolçu Julio Sezar Mendes Moreyra arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilmişdir.
AFFA İntizam Komitəsi isə Azərbaycanın I divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinməsinə qərar verib.
Qeyd edək ki, braziliyalı sol cinah müdafiəçisi 2014-cü ilin yanvarında "Nurgün Holdinq"in sahibi Nuru Əliyevə məxsus olan "Rəvan" klubu ilə 18 aylıq müqavilə bağlayıb. Bununla belə, yayda onunla müqavilə birtərəfli şəkildə pozulub. Bu üzdən Julio Sezar FİFA-ya şikayət edib.
Xatırladaq ki, bundan əvvəl də "Rəvan"ın xalları silinib. Bu ilin yanvarında estoniyalı qapıçı Artur Kotenkoya görə 6 xal, cari mövsümün əvvəlində isə serb futbolçu Miloş Adamoviçə görə 3 xalı silinib. Budəfəki xal silinməsi ilə "Rəvan"da xal qalmayıb və sonuncu pilləyə enib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər