FIFA-nın yeni prezidenti müəyyənləşir

FIFA-nın yeni prezidenti müəyyənləşir

Bu gün FIFA-da prezident seçkiləridi. Fanat.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən seçkilərdən sonra ali futbol qurumunun yeni rəhbərinin adına aydınlıq gələcək.

Seçkidə iştirak etmək üçün namizədliyi təsdiqlənən şəxslər də bəllidi. Bunlar UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli-Bin Əl-Hüseyin, FIFA-nın sabiq baş katib köməkçisi Jerom Kampanye, Cənubi Afrikanın məşhur iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifədi.

Məsələ burasındadı ki, FIFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın başqanı Mişel Platininin 6 illik futboldan uzaqlaşdırılmasına görə, seçkilərdə iştirak etmir. Hər iki şəxsin adı rüşvət qalmaqalında hallanır. Bundan başqa yeni seçiləcək prezidentlə Blatterin 18 illik hakimiyyətinə son qoyulacaq. Buna nail olmaq üçün yeni prezident səslərin  2/3-nü qazanmalıdı. Bunu ilk mərhələdə bacarmayan 2-ci turda ən az 105 səs qazanmalıdı. İkinci mərhələdə də prezidentin kimliyinə aydınlıq gəlməsə, sona qalan iki namizəd 3-cü turda prezidentlik postu uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, səsvermədə 207 ölkə iştirak edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər