FIFA-nın sorğusunda daha bir saxtakarlıq - FOTO

FIFA-nın sorğusunda daha bir saxtakarlıq - FOTO
Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç FIFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusu üçün səsvermədə öz versiyasının düzgün qeydə alınmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis Lionel Messiyə yox, Məhəmməd Salahı birinci yerdə yazdığını bildirib. Lakin FIFA-nın protokolunda onun Messiyə səs verdiyi göstərilib.
Luqaroşiç səsvermə kağızının şəkilini əvvəlcədən çəkib. Fotoya əsasən o, Salah və Kilian Mbappeyə səs verdiyini göstərib. Protokolda isə onun səsi Messi və Virgil van Deykə verilib. 
Qeyd edək ki, Nikaraqua yığmasının kapitanı Xuan Barreran da Messiyə səs vermədiyini iddia edib və daha sonra FIFA onun iddiasını təkzib edib. 
Fanat.Az
 
FIFA-nın sorğusunda daha bir saxtakarlıq - FOTO FIFA-nın sorğusunda daha bir saxtakarlıq - FOTO FIFA-nın sorğusunda daha bir saxtakarlıq - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər