FIFA-nın sabiq rəhbəri öldü

FIFA-nın sabiq rəhbəri öldü
FIFA-nın sabiq prezidenti Juan Avilanji vəfat edib. Fanat.Az xəbər verir ki, o, 100 yaşında dünyasını dəyişib.
2014-cü ilin iyun və 2015-ci ilin noyabr aylarında nəfəs borularında problem yarandığı üçün bir neçə gün həkim nəzarətində qalan Avilanji ötən ay sətəlcəm xəstəliyi səbəbindən Rio-de-Janeyrodakı eyni xəstəxanaya aparılıb. O, korrupsiya qalmaqalına görə, 2013-cü ildə FIFA-nın fəxri-prezidentliyindən ayrılmışdı.
Qeyd edək ki, Juan Avilanji 1974-1998-ci illərdə ali futbol qurumuna rəhbərlik edib. O eyni zamanda Braziliyanın su polosu üzrə yığma komandasının heyətində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib. Avilanji karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsinin, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər