FİFA-nın planı iflasa uğrayır - Klublar "yox" dedilər

FİFA-nın planı iflasa uğrayır - Klublar "yox" dedilər

Avropanın aparıcı klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatına qatılmaq istəmirlər.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, FIFA rəhbərliyi Qətərdə keçirilən mundialda klub nümayəndələri ilə danışıq aparsa da, müsbət nəticə əldə edə bilməyib.

Ali futbol qurumu ABŞ-da 32 kollektivin iştirakı ilə turnir təşkil etmək niyyətindədir.

2025-ci ildəki yarışa az vaxt qalsa da, çempionatın formatı müəyyənləşməyib. Həmçinin yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlar başlamayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər