FIFA-nın Luis Suaresin cəzasını qüvvədə saxladığı barədə məlumat vermişdik. Futbolçunun apellyasiya şikayətinin rədd olunması onun vəkilini özündən çıxardıb.
Fanat.az xəbər verir ki, Suaresin vəkili Alexandro Barbi FIFA-nı kəskin tənqid edib. Vəkil ali futbol qurumunu faşist təşkilatı adlandırıb: "Biz bilirdik ki, FIFA şikayətimizi rədd edəcək. Ancaq təslim olmaq fikrimiz yoxdu. CAS-a şikayət etməyi planlaşdırırıq. Biz Luisin futbol oynamasını istəyirik. FIFA-nı Suaresə verdiyi bu cəza mürtəce, totalitar və faşist düşüncənin təzahürüdü. Burda futbolçularının hüququnun pozulduğu göz qabağındadı. Bu, bütün futbol dünyasında narahatlıq doğurmalıdı".
Fanat.az