FİFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

FİFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

FİFA Türkiyə klubu "Bursaspor"a transfer qadağası tətbiq edib.

Fanat.Az "Ajanspor"a istinadən xəbər verir ki, buna səbəb 2-ci liqada çıxış edən "timsahlar"ın 4 futbolçuyla müqavilə şərtlərini pozmasıdır.

FİFA-ya şikayət edən futbolçulardan biri məhz Namik Ələskərov olub. Hazırda "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvünə, eləcə də Tim Matavz, Ofosu Bah və Luka Çapana borclu olan Bursa klubu iki transfer müddətində heç bir transfer həyata keçirə bilməyəcək.

Qeyd edək ki, Namik ötən yay "Neftçi"dən ayrılaraq 1-ci liqada çıxış edən "Bursaspor"a üz tutmuş, komandası aşağı liqaya yuvarlandıqdan sonra bu yay Azərbaycana dönərək "Sabah"la anlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər