FİFA məxfi əməliyyata hazırlaşır

FİFA məxfi əməliyyata hazırlaşır
FİFA DÇ-2014-də məxfi əməliyyat həyata keçirəcək. Fanat.az xəbər verir ki, dünyanın ali futbol qurumu 4 ay sonra Braziliyada baş tutacaq mundial öncəsi iştirak ərizəsində olan bütün futbolçuları dopinq testindən keçirməyi planlaşdırır.
 
Məsələ barədə FİFA-nın tibbi xidmət rəhbəri İrji Dvorjak açıqlama verib. Onun sözlərinə görə, yarışda iştirak edəcək 32 komandanın hər bir üzvü turnir başlayanadək yoxlamadan keçməlidi: “Mən çox şadam ki, hamı testin nə vaxt olacağından xəbərsizdi. Çünki bunu açıqlamırıq. Biz bu prosesi istənilən vaxt, istənilən yerdə başlaya bilərik. Martın 1-dən etibarən bizə milli komandadakı oyunçuların koordinatları bildiriləcək. Bundan sonra nə vaxt və hara gedəcəyimizə qərar verəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər