FİFA Meksikanın cəzasını yüngülləşdirdi

FİFA Meksikanın cəzasını yüngülləşdirdi

FIFA İntizam Komitəsi meksikalı azarkeşlərin homofob şüarlara görə sanksiyaya məruz qalan Meksika Futbol Federasiyasının cəzasını yüngülləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Beləliklə, daha əvvəl komandaya iki oyunluq azarkeş qadağası qoyulmuşdusa, cəza yüngülləşərək bir oyunluq oldu.

Xatırladaq ki, Meksika milli komandasının azarkeşləri Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) komandaları ilə Olimpiya seçmə turnir oyunları zamanı homofob şüar səsləndirmişdilər. Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər