FİFA iyunun 8-də baş tutan Ukrayna - Malta oyunuyla bağlı qərarını açıqlayıb. Fanat.Az xəbər verir ki, "cırtdanlar"ın 1:0 hesablı qələbəsiylə bitən matç FİFA reysterinə daxil edilməyəcək.
Rəsmi yoxlama oyunu statusu daşımayan qarşılaşmanın nəticəsi milli komandaların reytinq cədvəlində də nəzərə alınmayacaq. Səbəb rəqiblərin razılaşaraq qaydaları pozmasıdı.
FİFA-nın mövcud qaydalarına görə rəsmi yoxlama matçlarında hər komanda maksimum 6 əvəzetmədən yararlana bilər. Həmin oyunda isə Ukrayna 10, Malta 9 dəyişiklikdən faydalanıb.
Fanat.Az