FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi

FIFA Xorvatiyanın "Dinamo Zaqreb" komandasında çıxış edən millimizin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.

Fanat.Az xəbər verir ki, məlumatı Zaqreb təmsilçisinin rəsmi saytı yayıb.

Xəbərə görə, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb.

Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.

Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər