FİFA "Konyaspor"a ağır cəza verib.
Fanat.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb Super Liqa təmsilçisinin bəzi futbolçulara borclu olmasıdır.
Ödənişlər qısa müddətdə ünvanına çatmayacağı halda, ali futbol qurumu Konya təmsilçisinin qarşıdakı 3 transfer dönəmində heyətinə yeni oyunçular qatmasını yasaqlayacaq. Başqa sözlə, FİFA-nın təyin etdiyi cəza qüvvəyə minəcəyi təqdirdə, sözügedən klub 2024/2025 yay və qış və 2025/2026 yay transfer dönəmində yeni oyunçularla güclənə bilməyəcək.
"Konyaspor"un mətbuat xidmətinin rəhbəri Yunus Derebağ bildirib ki, qısa zamanda oyunçuların borclarını ödəniləcək və transfer qadağası aradan qaldırılacaq.