FİFA İsrailin təxirə salınmış oyunlarının vaxtını açıqladı

FİFA İsrailin təxirə salınmış oyunlarının vaxtını açıqladı

FİFA İsrail yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Kosovo və İsveçrə millilərinə qarşı çıxacağı matçların - siyasi səbəblərdən təxirə salınmış qarşılaşmaların nə vaxt keçiriləcəyini açıqlayıb.

Fanat.Az dünya futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Kosovo ilə oktyabrın 15-də baş tutmalı olan görüş noyabrın 12-də reallaşacaq.

Yəhudilərin İsveçrə ilə dueli isə noyabrın 15-də gerçəkləşəcək.

Qeyd edək ki,  I qrupunda yer alan İsrail 6 oyuna 11 xal toplayıb və hazırda 3-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər