FİFA İsraili cəzalandıra bilər. Fanat.az xəbər verir ki, buna səbəb dünən İsraillə Azərbaycan milliləri arasında keçirilən oyun zamanı yerli komandanın tərəfdarlarının əyləşdiyi sektorlardan birindən Dağlıq Qarabağdakı erməni icmasının qondarma bayrağını asılmasıdı.
Qeyd edək ki, Polşanın “Pyast” klubunun tərəfdarları da “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə oxşar hərəkətə yol vermişdilər. Buna görə UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələmişdi.
Fanat.az