FİFA-nın Nəzarət-İntizam Komissiyası İngiltərə və Polşa futbol assosiasiyalarını cəzalandırıb. Fanat.az “Sky Sports”a istinadən xəbər verir ki, ali futbol qurumunun müvafiq komissiyası DÇ-2014-ün seçmə qrup mərhələsinin 10-cu turunda sözügedən yığmaların oyunu zamanı yaşananlara hüquqi qiymət verib.
“Uembli” stadionunda keçirilən görüşdə polşalı fanatlar pirotexniki vasitələrdən yararlanıb və meydana axışıblar. Buna görə Polşanın yerli futbol qurumu 20 min funtdan çox pul ödəməlidi. İngilislər isə təhlükəsizlik tədbirlərini yerinə yetirə bilmədiyi üçün 7 min funt sterlinqindən keçəcək.
Qeyd edək ki, oktyabrın 15-də keçirilən oyunda meydan sahibi İngiltərə Ueyn Runi və Stiven Cerrardın qolları sayəsində 2:0 hesablı qələbəyə sevinmişdi.
Fanat.az