FİFA ilin ən yaxşılarını nə vaxt mükafatlandıracaq?

FİFA ilin ən yaxşılarını nə vaxt mükafatlandıracaq?

FİFA-nın “The Best” mükafatının təltifolunma mərasiminin vaxtı bəlli olub. 

Fanat.Az xəbər verir ki, tədbir 2022-ci ilin 17 yanvarında keçiriləcək.   “The Best” - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FİFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda ən yaxşı oyunçu, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı müəyyənləşəcək.

Bundan başqa, tədbirdə "Fair play" mükafatı, ən yaxşı qol üçün Puşkaş mükafatı və azarkeşlər üçün mükafat sahiblərini tapacaq, ilin rəmzi komandası açıqlanacaq.   Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər