FIFA hakimlərimizin sayı artdı

FIFA hakimlərimizin sayı artdı
FIFA 2014-cü il üçün beynəlxalq dərəcəli hakimlərin siyahısını təsdiqləyib. Fanat.az xəbər verir ki, ali futbol qurumu 19 hakimimizə beynəlxalq dərəcə verib.
Bu isə bir artım deməkdi. Belə ki, 2013-cü ildə 18 ədalət təmsilçimiz FIFA hakimi statusu daşıyırda. Bu atım qadın referilərinin sayındakı dəyişikliklə bağlıdı. Artıq 1 deyil, 2 xanım beynəlxalq görüşləri idarə edəcək. Siyahıdakı yeni ad isə Fəridə Lütfəliyevadı.
19 nəfərlik siyahıda daha 3 yeni ad var. Lakin onlar öz “amplua”larında başqasını əvəzləyiblər. Artıq neçə illərdi yan xətt hakimi kimi Avropa meydanlarında ədalətin qoruyan Mehman Mahmudov bundan sonra yalnız daxili arenada iş başında olacaq. 2006-cı ildən FIFA dərəcəsi olan təcrübəli laynsmanı bu siyahıda Rza Məmmədov əvəzləyib.
Hakimlikdən qovulan Elçin Məmmədov isə futzal hakimləri siyahısını tərk edib. Onun kənarda qalmasından sonra boşalan yerə Xəlil Hüseynli sahib çıxıb.
Qadın laynsmanların siyahısında da dəyişiklik nəzərə çarpır. Burada Yuliya Larionova siyahını tərk edib. Onun əvəzinə beynəlxalq oyunlarda Xəyalə Əzizzadə ədaləti qorumalıdır. 
FIFA referiləri
Əliyar Ağayev
Rəhim Həsənov
Anar Salmanov
 
FIFA referi köməkçiləri
Yaşar Abbasov
Zeynal Zeynalov
Vaqif Musayev
Mübariz Haşımov
Namiq Hüseynov
Rza Məmmədov
 
Futzal üzrə FIFA referiləri
Elçin Səmədli
Yusif Nurullayev
Ramil Namazov
Xəlil Hüseynli
 
Çimərlik futbolu üzrə FIFA referiləri
Əfqan Həmzəyev
İnqilab Məmmədov
 
Qadın FIFA referiləri
Səbayel Qurbanova
Fəridə Lütfəliyeva
 
Qadın FIFA referi köməkçiləri
Gülyana Güvəndiyeva
Xəyalə Əzizzadə
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər