FIFA 2016/17 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, Əliyar Ağayevlə bağlı gözlənilən dəytşiklik baş verməyib.
Belə ki, FIFA referimizin 1-ci kateqoriyaya yüksələcəyi deyilirdi. Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov açıqlama vermişdi. Lakin bu baş verməyib və Ağayev 2-ci kateqoriyada qalıb.
Rəhim Həsənov da mövqeyini qoruyaraq III kateqoriyada qalıb. Yeni FIFA referimiz Ömər Paşayev fəaliyyətə bu kateqoriyadan başlayacaq.

Fanat.Az