FİFA elan etdi: Blatterin 3 rəqibi var

FİFA elan etdi: Blatterin 3 rəqibi var

FİFA prezidentliyinə 4 nəfər rəsmi namizədliyini irəli sürüb. Fanat.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Niderland Futbol Federasiyasının prezidenti Mixael van Haaq və Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqudu.

Seçki Komitəsi namizədlərin sənədlərini Etika Komitəsinə təqdim edib və yaxın 10 gündə onların hər birinə dair rəsmi qərar açıqlanacaq.

Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər bu ilin may ayında baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər