FIFA-dan Türkiyənin oyunu ilə bağlı şok qərar - texniki məğlubiyyət verildi

FIFA-dan Türkiyənin oyunu ilə bağlı şok qərar - texniki məğlubiyyət verildi
FIFA ötən il baş tutan Türkiyə - Yunanıstan oyunu ilə bağlı şok qərar qəbul edib. Fanat.az xəbər verir ki, ali futbol qurumu Yunanıstan millisinə 0:3 hesablı texniki məğlubiyyət verib.
 
Buna səbəb Yunanıstan millisinin FIFA qaydalarını pozması olub. Belə ki, Başakşəhərdə oynayan və 0:0 hesabı ilə başa çatan matçda Yunanıstanın heyətində meydana çıxan Apostolos Ciannunun əvvəllər rəsmi bir turnirdə Avstraliyanın U-21 yığmasının formasını geyindiyi məlum olub. Sonradan Yunanıstan Futbol Federasiyası onu əsas milliyə cəlb etsə də, futbolçunun yığmanı dəyişmək istəyi ilə bağlı FIFA-ya məlumat verməyib. 
Bu üzdən ali futbol qurumu Türkiyə - Yunanıstan matçının nəticəsini ləğv edərək, yunanlara 0:3 hesablı texniki məğlubiyyət verib. Yunanıstan Futbol Federasiyası eyni zamanda 4 min İsveçrə frankı cəriməyə məruz qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər