FİFA-dan Super Liqa təmsilçisinə qadağa

FİFA-dan Super Liqa təmsilçisinə qadağa

Türkiyə Super Liqa təmsilçilərindən "Konyaspor"a FİFA-dan pis xəbər gəlib.

Fanat.Az xəbər verir ki, beynəlxalq futbol qurumu sözügedən kluba üç pəncərəsi dövrünü əhatə edəcək transfer qadağası tətbiq edib.

FİFA bu qərarı rəsmi saytı vasitəsilə yayıb. Bu cəzaya klubun maliyyə və müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub. “Konyaspor” qarşıdakı üç dövr ərzində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, "Konyaspor"  bu mövsüm 29 oyunda 34 xal toplayaraq 12-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər