FIFA-dan Suaresə şok cəza: 9 oyun, 4 ay və 82 min avro

FIFA-dan Suaresə şok cəza: 9 oyun, 4 ay və 82 min avro
FIFA Luis Suaresin cəzasını açıqlayıb. Fanat.az xəbər verir ki, ali futbol qurumu uruqvaylı forvarda ağır cəza verib.
Belə ki, Suares İtaliya ilə oyunda rəqib futbolçu Qiorqio Çiellinini dişləmişdi. FIFA ulduz futbolçunu milli komandanın 9 matçında kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına da yasaq qoyub. Cəza bitənədək uruqvaylı oyunçu stadionlara belə daxil ola bilməyəcək. Bundan başqa Suares 82 min avroərimə ödəyəcək.
Qeyd edək ki, bu FIFA tərəfindən verilmiş ən ağır cəza kimi tarixə düşüb. Bundan əvvəlki ən ağır cəza 8 oyun olmuşdu. Bu cəzanı DÇ-1994-ün İtaliya İspaniya matçında Luis Enrikeyə dirsək ataraq burnunu qıran Mauro Tassotti almışdı. 
Onu da qeyd edək ki, bununla Suares 3 mövsümdə qırmızı vərəqə almadan cəzalandığı oyunların sayını 34-ə çatdırıb. Ulduz futbolçu "Liverpul"da qalacağı halda komandasının Çempionlar Liqası matçlarından başqa, Premyer Liqada "Sautqempton", "Mançester Siti", "Tottenhem", "Aston Villa", "Vest Hnem", "Everton", "Vest Bromviç", QPR və "Hall Siti"yə qarşı oyunlarını da buraxacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər