Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FIFA-ya şikayət edib. Fanat.az futbolinfo.az-a istinadən xəbər verir ki, futbolçu ali futbol qurumuna müraciət edərək, Lənkəran təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib.
Artıq FIFA bu məsələyə baxıb və qərarını verib. Belə ki, ali futbol qurumunun qərarına görə “ağ-yaşıllar” bolqar yarımmüdafiəçiyə 200 min dollar pul ödəməlidilər.
Bu barədə məlumatı İvanovun vəkili Radostin Vasiliyev verib: "Biz FIFA-da qalib gəldik. “Xəzər Lənkəran” bizə 200 min dollar pul ödəməlidi. Bu məbləğ sentyabrın sonuna kimi ödənilməlidi. Əks halda, onları daha böyük cəzalar gözləyir".
Əgər Lənkəran klubu pulu vaxtında ödəməsə, FIFA onların hesabından xal siləcək.
Fanat.az