FIFA-dan "Xəzər Lənkəran" açıqlaması: "215 min ödənməlidi"

FIFA-dan "Xəzər Lənkəran" açıqlaması: "215 min ödənməlidi"
FIFA-nın bolqarıstanlı futbolçu Qalin İvanova görə “Xəzər Lənkəran”ı 200 min dollar cərimələndiyi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”nun ali futbol qurumuna göndərdiyi sorğu məktubuna da cavab gəlib.
FIFA Lənkəran təmsilçisinə həqiqətən belə bir cəza verildiyini təsdiq edib. Lakin ali futbol qurumu bunun cənublular üçün son qərar olmadığını da bildirib: “Həqiqətən FIFA bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova görə “Xəzər Lənkəran”ı cəzalandırıb. Azərbaycan klubu buna görə futbolçuya 215 min dollar pul ödəməlidi. Lakin bu son deyil. Onlar bizim qərarımızdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilərlər”.
Onu da bildirək ki, “Xəzər Lənkəran” CAS-a şikayət etmək üçün 57 min dollar pul ödəməlidi. Əgər cənublular apelyasiya məhkəməsinə şikayət etməyəcəksə, sentyabr ayının sonuna qədər Qalin İvanova olan borcunu verməlidir. Əks-təqdirdiə klubu daha böyük sanksiyalar gözləyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər