FIFA Fələstin yığmasının "DÇ-2018"in seçmə mərhələsi çərçivəsindəki ev oyunlarını bitərəf meydanda keçirməsinə qərar verib. Fanat.az хəbər verir ki, bu barədə ali futbol qurumu açıqlama yayıb.
Açıqlamada bildirilir ki, komandanın bu ay keçirəcəyi oyunlar Fələstin hökumətinin təhlükəsizliyə zəmanət verməməsi səbəbindən başqa meydanda oynanılacaq.
Qeyd edək ki, Fələstinin noyabrın 5-də Səudiyyə Ərəbistanını ilə keçirməli olduğu oyun ayın 9-da başqa bir meydanda keçiriləcək. Malaziya ilə qarşılaşma isə noyabrın 12-də baş tutacaq.
Hələlik oyunların hansı ölkədə keçiriləcəyi bilinmir. FIFA Fələstin Futbol Federasiyasına ölkə ərazisi istisna olmaqla Asiyanın istənilən ölkəsində bitərəf meydan tapmaq səlahiyyəti verib.
Fanat.az