FIFA Kosova milli komandası üçün "yaşıl işıq" yandırıb. Fanat.az xəbər verir ki, ali futbol qurumu yeni üzvünə yoldaşlıq oyunları keçirməyə icazə verib.
FIFA-nın bu qərarını yanvarın 10-da İsveçrənin Sürix şəhərində keçiriləcək toplantıda rəsmən açıqlayacaq. Artıq Serbiya ali futbol qurumunun qərarına etiraz edib.
Kosova ilk matçını Xorvatiya, ikinci qarşılaşmasını Türkiyəyə qarşı keçirmək niyyətindədi.
Fanat.az