FIFA Dominikan Futbol Federasiyasının prezidenti Osiris Quzmanı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb onun qurumun etik davranış qaydalarını pozması və rüşvət alması olub. Nəticədə FIFA federasiya prezidentinin 10 il müddətinə futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmasına qadağa qoyub və 150 min İsveçrə frankı cərimə edib.
Qeyd edək ki, Osiris Quzman bundan əvvəl 90 günlük vəzifəsindən kənarlaşdırılmışdı.
Fanat.Az