FİFA-nın İntizam Komitəsi "Dnepr-1" klubunu "Dnepr" FK-nın idman varisi kimi tanımayıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Dnepr”in rəsmi saytı məlumat yayıb.
Bundan başqa, beynəlxalq futbol qurumu "Dnepr-1"-in keçmiş futbolçusu Anderson da Silveyra Ribeyronun (Anderson Piko) tələbi ilə kluba qarşı açılan intizam prosesini bağlayıb.
Oxşar qərar "Dnepr"in digər keçmiş futbolçusu Caba Kankavanın da 2021-ci ilin fevralındakı oxşar bəyanatı ilə bağlı qəbul edilib.
Xatırladaq ki, "Dnepr-1" 2015-ci ildə yaradılıb. “Dnepr” isə 2019-cu ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb.
Mirağa