"FİFA-dan başqa hamı bizi dəstəkləyir"

"FİFA-dan başqa hamı bizi dəstəkləyir"

Ukraynanın "Şaxtyor" klubunun baş direktoru Sergey Palkin FİFA-nı tənqid edib

Fanat.Az xəbər verir ki, klub funksioneri beynəlxalq futbol qurumunu Ukrayna futboluna dəstəyin az olmasına görə qınayıb.

O, bu barədə "İnews" portalına belə deyib: "Demokratik dünyada hamı Ukraynanı dəstəkləyir. Hər kəs mübarizəmizi dəstəkləmək üçün nəsə etməyə çalışır. FİFA və bəzi Avropa klubları istisna olmaqla, hamı. Son ümid yeri Ukrayna klubları üçün həmrəylik fondu olacaq. Bu, bizim ən böyük qələbəmiz olacaq, bu yolla biz Ukrayna futbolunu dəstəkləyə və onun sağ qalmasına zəmanət verə biləcəyik. Bir sözlə, mübarizəmiz dayanmayacaq”.

Palkin Ukraynada gəlirlərinin olmamasından, stadionlar boş olduğu üçün bilet satışından, həmçinin sponsorluq müqaviləsindən və teleyayımdan pul qazanmamalarından şikayətlənib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər