FIFA-dakı korrupsiya işinin həlli üçün 80 milyon dolları ayrıldı

FIFA-dakı korrupsiya işinin həlli üçün 80 milyon dolları ayrıldı
FIFA-dakı korrupsiya mexanizmində bankarın rolu ilə bağlı istintaqı başa çatdırmaq üçün İsveçrənin "Julius Baer" bankı ABŞ Ədliyyə Nazirliyi ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə bankın rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, bunun üçün təqribən 80 milyon ABŞ dolları vəsait ayrılıb.
Bildirilib ki, bu məbləğ 2020-ci ilin maliyyə nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Yaxın gələcəkdə məsələ ilə bağlı yekun qərar veriləcək.
Qeyd edək ki, 2015-ci ildə FIFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs olunub. Onlar korrupsiya, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər