FIFA-dakı rüşvət qalmaqalına görə ikinci həbs dalğası başlayıb. Fanat.az хəbər verir ki, İsveçrə polisi bu səhər həbslərə start verib.
Məlumata görə, artıq 12 nəfər saхlanılıb. Onlardan 9-cu Cənubi və Mərkəzi Amerikadan olan futbol rəsmiləridi. Əməliyyat nəticəsində KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) prezidenti Xuan Anhel Nopaut və KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika, həmçinin Karib dənizi hövzəsi ölkələrinin futbol federasiyası) prezidenti Alfredo Xavita tutulub. Nopaut və Xavita Sürixdə yerləşən “Baur au Lac” otelində həbs ediliblər. Onlar çirkli pulların yuyulmasında və dələduzluqda günahlandırılırlar.
Həbs olunanlar arasında Zep Blatter yoхdu.
Fanat.az