FIFA-da dünya çempionatı ilə bağlı qərar

FIFA-da dünya çempionatı ilə bağlı qərar

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının qış aylarında keçirilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə futbol federasiyaları və klublara heç bir pul kompensasiyası verilməyəcək. Bu barədə məlumat verən FIFA-nın baş katibi Jerom Valke nəzərdə tutulan dəyişikliyə uyğunlaşmaq üçün 7 ilin kifayət edəcəyini vurğulayıb. 

AzərTac BBC telekanalına istinadən xəbər verir ki, bir qədər əvvəl aralarında “Bavariya"nın prezidenti Karl-Haynts Rummenigginin də olduğu bəzi futbol funksionerləri çempionatın təqviminin dəyişdirilməsi ilə əlaqədar mümkün ziyana görə FIFA-dan pul tələb edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, işçi qrupu FIFA-ya Qətərdə yay fəslinin həddən artıq isti olmasını nəzərə alaraq futbol üzrə dünya çempionatını 2022-ci ilin noyabr-dekabr aylarında keçirməyi tövsiyə etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər