FİFA-da daha bir skandal: "Blatter mənə 5 milyon verdi..."

FİFA-da daha bir skandal: "Blatter mənə 5 milyon verdi..."

İrlandiya Futbol Federasiyasının prezidenti Con Delaney, 2009-cu ildə  Fransa ilə oynadıqları play-off  matçındakı qalmaqal qoldan sonra,  FİFA-nın  onlara  5 milyon avro ödədiyini açıqlayıb.

 

Avropa.info xəbər verir ki,  2010-cu ildə  Dünya Çempionatına vəsiqə  əldə etmək üçün  Fransa və İrlandiya komandaları  play-off-da qarşılaşmışdılar. İlk oyunda  Fransa  1-0  qalib gələrkən, 2-ci maçtda  İrlandiya 1-0 önə keçmişdi. Bundan sonra qalmaqallı bir  hadisə baş verdi. Fransa yığmasının hücumçusu Tyeri Anri əli ilə topu qarşısına ataraq qol vurdu. Lakin hakim bunu qol saymışdı. Bu hadisə uzun müddət FİFA-nın sərt tənqidinə səbəb olmuşdu.

 

Bu hadisənin üstündən 6 il keçdikdən sonra , maraqlı bir detal ortaya çıxdı. İrlandiya  Futbol Federasiyasını  prezidenti  Con Delaney   FİFA-nın  onları məhkəməyə verməməsi üçün, İrlandiya Futbol  Federasiyasına 5 milyon avro pul verdiyini deyib. 

"Həmin vaxt  FİFA prezidenti Blatter mənə  məhkəməyə müraciət etməməyimiz müqabilində 5 milyon avro ödədi. Bu İrlandiya Futbol Federasiyası üçün mühüm və yaxşı idi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər