Gələn ilin 12 iyun - 13 iyul tarixlərində Braziliyada keçiriləcək dünya çempionatının püşkatma mərasiminə qatılacaq komandalar səbətlərə bölünüb. Fanat.az xəbər verir ki, səbətlərin tərkibi ötən gün Braziliyanın Kosta do Sauipe şəhərində keçirilən mətbuat konfransında elan olunub.
Konfransa FIFA prezidenti Zepp Blatter, DÇ-2014-ün Təşkilat Komitəsinin rəhbəri Jose Maria Marin, Braziliyanın idman nazirinin müavini Luis Fernandes, Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatou, FIFA-nın baş katibi Jerome Valke, FIFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Valter De Gregorio qatılıb.
FIFA səbətlərin əvvəlki kimi reytinq cədvəlinə uyğun müəyyənləşdirməyib. Belə ki, yalnız ilk səbətə son reytinq cədvəlinin ilk sıralarında yer alan komandalar və meydan sahibi Braziliya düşüb. Digər səbətlərdə isə dünya sıralaması nəzərə alınmayıb. Belə ki, ali futbol qurumu ölkələri təmsil etdikləri qitələrə görə səbətlərə bölüb.
Yeni qaydalara əsasən eyni qitənin təmsilçiləri eyni qrupa düşməyəcək. Yalnız Avropa qitəsi üçün istisna var. Buna səbəb isə "köhnə qitə"dən mundiala 13 komandanınr qatılmasıdı.
1-ci səbət: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə.
2-ci səbət: Əlcəzair, Kamerun, Kot`D-İvuar, Qana, Nigeriya, Çili, Ekvador.
3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta Rika, Honduras, Meksika, ABŞ.
4-cü səbət: Bosniya və Hersoqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya.
Fanat.az