FIFA DÇ-2014-ə görə nə qədər pul paylayıb?

FIFA DÇ-2014-ə görə nə qədər pul paylayıb?
FIFA-nın dünya çempionatının iştirakçılarına payladığı mükafatın məbləği müəyyənləşib. Fanat.az xəbər verir ki, ali futbol qurumu 576 milyon dollar paylayıb.
Mundiala vəsiqə qazanmış 32 komandanın hər birinə təşkilati xərclərin kompensasiya etmək üçün 1,5 milyon dollar verilib. Qrupdan çıxa bilməyən 16 komandanın hər biri 8, 1/8 finala adlayan 16 komandanın hər biri isə 9 milyon dollar alıb.
1/2 finala vəsiqə qazan 4 komanda 14 milyon dollar irəli düşüb. 4-cü yeri tutan Braziliya millisinə 20, bürünc medallara sahib çıxan Hollandiya yığmasına 22 milyon dollar mükafat verilib. Finalda uduzan Argentina 25 milyon dollara sahib çıxıb. Tarixində 4-cü dəfə dünya çempionu adını qazanan Almaniya isə 35 milyon dollar əldə edib. 
Ümumilikdə ən çox gəliri Almaniya əldə edib - 59,5 milyon dollar. Argentina 49,5, Hollandiya 46,5, Braziliya isə 44,5 milyon dollara sahib çıxıb.
Almaniya - 1,5+9+14+35=59,5 milyon dollar
Argentina - 1,5+9+14+25=49,5 milyon dollar
Hollandiya - 1,5+9+14+22=46,5 milyon dollar
Braziliya - 1,5+9,0+14+20=44,5 milyon dollar
Meksika - 1,5+9=10,5 milyon dollar
Çili - 1,5+9=10,5 milyon dollar
Kolumbiya - 1,5+9=10,5 milyon dollar
Yunanıstan - 1,5+9=10,5 milyon dollar
Kosta Rika - 1,5+9=10,5 milyon dollar
Uruqvay - 1,5+9=10,5 milyon dollar
Fransa - 1,5+9=10,5 milyon dollar
İsveçrə - 1,5+9=10,5 milyon dollar
Nigeriya - 1,5+9=10,5 milyon dollar
ABŞ - 1,5+9=10,5 milyon dollar
Belçika - 1,5+9=10,5 milyon dollar
Əlcəzair - 1,5+9=10,5 milyon dollar
Xorvatiya - 1,5+8=9,5 milyon dollar
Kamerun - 1,5+8=9,5 milyon dollar
İspaniya - 1,5+8=9,5 milyon dollar
Avstriyaliya - 1,5+8=9,5 milyon dollar
Kot`D-İvuar - 1,5+8=9,5 milyon dollar
Yaponiya - 1,5+8=9,5 milyon dollar
İtaliya - 1,5+8=9,5 milyon dollar
İngiltərə - 1,5+8=9,5 milyon dollar
Ekvador - 1,5+8=9,5 milyon dollar
Honduras - 1,5+8=9,5 milyon dollar
Bosniya və H. - 1,5+8=9,5 milyon dollar
İran - 1,5+8=9,5 milyon dollar
Portuqaliya - 1,5+8=9,5 milyon dollar
Qana - 1,5+8=9,5 milyon dollar
Rusiya - 1,5+8=9,5 milyon dollar
Cənubi Koreya - 1,5+8=9,5 milyon dollar
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər