FIFA Cavid İmamverdiyevə qadağa qoya bilər

FIFA Cavid İmamverdiyevə qadağa qoya bilər

"Elazığspor" Cavid İmamverdiyevdən FIFA-ya şikayət edib. Fanat.az хəbər verir ki, bu barədə klubun prezidenti Selsuk Öztürk açıqlama verib.

Klub rəhbəri bildirib ki, "Neftçi"dən icarəyə götürdükləri futbolçu düşərgəni özbaşına tərk edib: "Onunla bağlı artıq FIFA-ya müraciət etmişik. Cavidi həm pul cəzası, həm də bir illik transfer yasağı gözləyir".

Qeyd edək ki, yayda "Elazığspor"a icarəyə verilən Cavid türk klubunda 20 oyun keçirib, 1465 dəqiqə oynayıb və 2 qol vurub. Bir müddət əvvəl komandanın sabiq baş məşqçisi Ümit Özat onu heyətdən kənarlaşdırmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər