FİFA bu ölkəyə Rusiya millisi ilə oynamağı qadağan etdi -Açıqlama

FİFA bu ölkəyə Rusiya millisi ilə oynamağı qadağan etdi -Açıqlama

Burkina Faso yığması Rusiya ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib. 

Fanat.Az xəbər verir ki, qərarın səbəbini "Sport24"-ə sözügedən ölkənin futbol federasiyasının mətbuat sözçüsü Kader Traore belə açıqlayıb:

“Federasiyamızın baş katibinin sözlərinə görə, hazırda Rusiya millisi ilə oyunlar oynamaq çətindir. Çünki FİFA bu oyuna görə bizə qarşı cəza tədbirləri görəcək”.

Əslində, cavab  məntiqli səslənmir. FİFA Rusiya millisinə və klublarına beynəlxalq yarışlar üçün qadağa tətbiq etsə də, yoldaşlıq görüşlərinə maneə yaratmır. Ən azından, 2023-cü ildə Rusiya yığması Afrika Təmsilçiləri - Keniya (2:2) və Kamerun (1:0) ilə iki yoldaşlıq görüşü, həmçinin Misirin Olimpiya yığması ilə daha iki (1:1, 1:2) matç keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər