FİFA Braziliyaya intizam işi açdı, Argentinaya 6 gün möhlət verdi

FİFA Braziliyaya intizam işi açdı, Argentinaya 6 gün möhlət verdi

FİFA yarımçıq dayandırılan Braziliya - Argentina matçında baş verənlərlə bağlı intizam işi açıb.

Fanat.Az xəbər verir ki, bu haqda Argentina Futbol Federasiyası (AFA) açıqlama yayıb.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də San-Pauluda keçirilməli olan, ancaq görüş başlayandan bir neçə dəqiqə sonra polis əməkdaşları və səhiyyə nazirliyinin nümayəndələrinin müdaxiləsi nəticəsində yarımçıq dayandırılan görüşlə bağlı araşdırmalara start verilib. 

Qeyd edək ki, Argentina yığmasının İngiltərə Premyer Liqasında oynayan 4 futbolçusu səbəb olub. Covanni Lo Çelso, Emiliano Buendia, Emiliano Martines və Kristian Romero karantin qaydalarını pozmaqda ittiham olunur.

FİFA oyunla əlaqədar intizam proseduru açdığını AFA və CBF-yə (CONMEBOL) bildirib.

Dünya futbol qurumu hər iki federasiyaya mövqelərini müdafiə etmək üçün 6 gün vaxt verib. AFA-nı Argentina Vəkillər Assosiasiyanın hüquq məsləhətçisi Andrés Patón və vəkil Ariel Rek, eləcə də ispan hüquqşünas Xuan de Dios Krespo təmsil edəcək. Qeyd edək ki, artıq vətənə dönən Argentina sentyabrın 9-da Boliviya ilə seçmə oyuna çıxacaq. Görüş "River Pleyt" klubunun "Antonio Vespucio Liberti" stadionunda baş tutacaq və yerli vaxtla saat 20:00-da start götürəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər