FIFA açıqladı: Anqoladan geri qaldıq

FIFA açıqladı: Anqoladan geri qaldıq
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, yığmamız ötən ayla müqayisədə geriləyib.
Oktyabr ayında 407 xalla 88-ci olan komandamız 7 pillə geriyə düşüb və 363 xalla 95-ci yerdə qərarlaşıb. Buna səbəb yığmanın ötən ay Estoniyaya uduzması (1:2) və Qırğızıstanla sülh bağlaması (0:0) olub.
Millimiz siyahıda Efiopiya, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador kimi yığmalardan geri qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər